Avropa Mərkəzi Bankının rəhbəri həmkarlarının telefonlarını müsadirə etdirdi


Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu həftə keçirdiyi iclasda siyasətçi həmkarlarının mobil telefonlarını yığdırıb və onları siyasi qərar qəbul etməzdən əvvəl mühüm məlumatları sızdırdıqlarına görə qınayıb.


AFN.az-ın xəbərinə görə, bu barədə "Reuters" öz mənbələrinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, Laqardın Rəhbərlər Şurasından məlumat sızmasını dayandırmaq üçün atdığı ən görünməmiş cəsarətli addımdır. Hansı ki, bu vəziyyət həm onun, həm də sələfi Mario Draqinin prezidentliyi dövründə problem yaradırdı.

Məsələ ilə tanış olan insanların sözlərinə görə, siyasətçilər Klavdiya Buçu ECB-nin baş bank nəzarətçisi təyin etmək üçün hərəkətə keçərkən, idarəetmə şurasının 26 üzvünə çərşənbə günü, iclasın ilk günü mobil telefonlarını təhvil vermək əmri verilib.

Xanım Buçun avrozonanın 100-dən çox ən böyük kreditoruna nəzarət edən Vahid Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilməsi elan edildikdən sonra telefonlar geri qaytarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu