Mehdiyevlərin bankının yeni rəhbəri işdən çıxarıldı
“Bank BTB” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub.
“Ölkə.Az”ın məlumatına görə, Bankın MŞ-nın üzvü Rövşən Fərhad-zadə vəzifəsindən azad olunub.
Qeyd edək ki, o, bu vəzifəyə ötən il martın 13-də təyin olunmuşdu.
Hazırda “Bank BTB” ASC-nin Müşahidə Şurası sədr və bir üzvdən ibarətdir.
Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.