Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb


Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu