Polis maşından 1150 manat pul oğurlayan qadını yaxaladı


Maşından oğurluq edən qadın saxlanılıb.



Bu barədə AFN-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində “Ravon” markalı bir avtomobildən 1150 manat pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Əsədullayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu