Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz vasitəsi ilə vurduqlarını açıqlayıblar.


Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə hədəf alındığını qeyd edib.

Seri "Stolt Sequoia" adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə vurulduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu