Meksika sahillərində 5,8 bal gücündə zəlzələ baş verib


Meksikanın Qvatemala ilə sərhədində, Çiapas ştatı sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti (USGS) Meksikadakı zəlzələnin episentrinin Çiapas ştatının Brisas Barra de Suchiate bölgəsindən 82 kilometr cənub-qərbdə olduğunu bildirib.

Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 5,8 bal gücündə zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu