AK "Meta"nı 798 milyon avro cərimələyib
Avropa Komissiyası (AK) Amerikanın "Meta" korporasiyasını 797,72 milyon avro məbləğində cərimələyib.
AFNa.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AK-nın yaydığı məlumatda bildirilir. Səbəb "Meta"nın Avropa rəqabət standartlarını pozmasıdır.
"Avropa Komissiyası "Meta" korporasiyasını Avropanın antiinhisar qanunlarını pozduğuna görə 797,72 milyon avro cərimələyib" - deyə AK-nın "Meta"ya məxsus Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılan bəyanatında vurğulanır.
Bəyanatda o da qeyd edilib ki, "Meta" bu qərara AB Ədalət Məhkəməsində etiraz edə bilər.