Londonda avtobusda bıçaqlanan 14 yaşlı uşaq ölüb


İngiltərənin paytaxtı Londonda avtobusda bıçaqlanan 14 yaşlı uşaq ölüb.



London Metropoliten Polisinin hadisə ilə bağlı verdiyi açıqlamaya görə, yerli vaxtla saat 14.28-də Vulviç bölgəsində avtobusda bıçaqlanma hadisəsi baş verdiyi xəbəri üzərinə polis hadisə yerinə çağırılıb.

Polis qrupları hadisə yerinə London Təcili Yardım Xidməti və London Hava Təcili Yardımı ilə gəlib.

Həkimlər bıçaq xəsarətləri alan 14 yaşlı uşağa hadisə yerində tibbi yardım göstərsələr də yaralı uşaq qısa müddət ərzində keçinib.

Polis gənc oğlanın avtobusda bıçaqlanaraq öldürülməsi ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülərək, ərazidə polis kordonu yaradılıb və bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Polis hazırda həbs olunanların olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu