İngiltərədə bıçaqlı hücum: əksəriyyəti uşaqlar olmaqla 8 nəfər yaralanıb


İngiltərənin Southport bölgəsindəki Hart küçəsində ən azı 8 nəfərin bıçaqlı hücuma məruz qaldığı, yaralılardan bəzilərinin xəstəxanaya aparıldığı bildirilib.



Mersisayd polisi verdiyi açıqlamada yerli vaxtla saat 12:00 radələrində Hart küçəsində bıçaqlı hücum xəbərini aldıqdan sonra əraziyə təcili yardım qruplarının göndərildiyini qeyd edib.

Açıqlamada hadisə nəticəsində çoxlu sayda yaralının olduğu, polisin şübhəli bir şəxsi saxladığı bildirilib.

Bundan əlavə, bəyanatda ictimaiyyət üçün böyük təhlükə olmasa da, insanları Hart küçəsi yaxınlığındakı ərazidən uzaq durmağa çağırıb.

Şimal-Qərb Təcili Yardım Xidməti də açıqlamasında birdən çox bıçaqlanma xəbərləri aldıqlarını söyləyib.

Daha sonra verilən açıqlamada tibb işçilərinin bıçaq xəsarətləri alan 8 nəfərə təcili tibbi müdaxilə etdiyi, yaralıların Alder Hey Uşaq Xəstəxanası, Aintree Universiteti Xəstəxanası və Southport və Formby Xəstəxanasına aparıldığı bildirilib.

Bəzi xəstələrin hələ də müalicəsinin davam etdiyi Alder Hey Uşaq Xəstəxanasından verilən açıqlamada xəstəxananın həddindən artıq sıx olduğu bildirilib və ailələrdən vəziyyəti təcili olmayan uşaqları xəstəxanaya gətirməməyə çağırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu