Çində uşaq bağçasında bıçaqlanma nəticəsində 6 nəfər ölüb
Çinin Quandun əyalətində uşaq bağçasına bıçaqla hücum nəticəsində azı 6 nəfər ölüb, bir nəfər yaralanıb.
BBC-nin yerli polisə istinadən verdiyi məlumata görə, hücum edən 25 yaşlı gənc saxlanıb. Hadisə yerli vaxtla saat 07:40-da baş verib.
Polis qurbanların təfərrüatlarını açıqlamasa da, hücumu əvvəlcədən planlaşdırılmış adlandırıb.