Cənubi Koreyanın Busan şəhərində otelin tikintisində baş verən yanğında 6 işçi ölüb

Cənubi Koreyanın Busan şəhərində otelin tikintisində baş verən yanğında 6 işçi ölüb, 7 işçi yaralanıb.
"Yonhap"ın yanğınsöndürmə orqanlarına istinadən xəbərinə görə, bu gün səhər saatlarında Busanda tikilməkdə olan otelin birinci mərtəbəsində izolyasiya materialı səbəbindən yanğın baş verib.
Yanğın zamanı 6 işçi ölüb, 7 işçi isə yaralanıb. Yüzdən çox işçi yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Yanğınsöndürmə rəsmiləri bildiriblər ki, polis və digər bölmələr binadakı işçilərin dəqiq sayını müəyyənləşdirməyə çalışır.