Tofiq Yaqubluya hökm oxundu


Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun məhkəmə araşdırması başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Elnur Nuriyevin sədrlik etdiyi hakimlər tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə külli miqdarda dələduzluq etmə və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb.

Hökmə əsasən Tofiq Yaqublu 9 il, Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabrında polis tərəfindən aparılan istintaq çərçivəsində həbs ediliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu