Filippin polisi keçmiş prezidenti həbs edib

Filippin polisi keçmiş prezident Rodriqo Duterteni insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Filippin prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"İnterpolun Manila ofisi BCM-dən həbs qərarının rəsmi surətini alıb. 11 mart 2025-ci il saat 09:20-də keçmiş prezident Rodriqo Duterte və onu müşayiət edən şəxslər Cathay Pacific CX 907 reysi ilə Honq-Konqdan Manilaya gəliblər. Bəşəriyyətə qarşı cinayətlərə görə keçmiş prezident üçün həbs sərəncamını icra edən Filippin Milli Polisi onun Dutertenin hazırda həbsdə olduğunu təsdiqləyib.
15 sentyabr 2021-ci il tarixində BCM-in Məhkəməyə qədər Palatası prokurorun Filippində narkotiklərlə mübarizə zamanı cinayətlərə dair tam istintaqın açılması tələbini təsdiqləyib. O, 2011-ci il noyabrın 1-dən 2019-cu il martın 19-dək ölkədə törədilmiş qətllərin araşdırılması üçün əsasların olduğu qənaətinə gəlib.
Prokurorlar istintaq zamanı narkotik maddələrdən istifadə və ya satdıqlarına görə 12.000 ilə 30.000 arasında insanın öldürüldüyünü, bəzi hadisələrin isə polis əməliyyatları zamanı məhkəməsiz qətl edildiyini bildirirlər. 2021-ci ilin noyabrında Filippin BCM-nin yurisdiksiyasında olan cinayətlər üzrə ölkələrin müstəqil araşdırma aparmaq hüququnu təmin edən tamamlayıcılıq prinsipini nəzərə alaraq istintaqın təxirə salınmasını istəyib.
2018-ci ilin mart ayında Filippin BCM-dən çıxmaq qərarına gəlib və bir il sonra qüvvəyə minən BMT-yə bəyannamə təqdim edib. Lakin məhkəmənin qənaətincə, ölkənin üzvü olduğu müddətdə törədilən cinayətlərə dair yurisdiksiyasını saxladığı üçün bu, istintaqa maneə deyil.