Hindistan-ABŞ reysi tualet nasazlığına görə Çikaqoya qayıdıb


ABŞ-dan Hindistana uçan "Air India" sərnişin təyyarəsinin tualetlərindəki tıxanma səbəbindən Çikaqoya geri döndüyü bildirilib.



Hindistan mətbuatının “View From The Wing” aviasiya saytına əsaslanan xəbərlərinə görə, martın 6-da ABŞ-ın Çikaqo şəhərindən Hindistanın paytaxtı Yeni Dehliyə uçan sərnişin təyyarəsi 12 tualetdən 11-i tıxandıqdan sonra geri dönüb.

“Air India”nın verdiyi açıqlamada “AI126” nömrəli uçuşun havaya qalxdıqdan təxminən 5 saat sonra texniki nasazlıq səbəbindən Çikaqoya geri döndüyü bildirilib.

Açıqlamada bildirilir ki, yaşayış yeri ilə təmin olunan sərnişinlərin təyinat yerlərinə daşınması üçün alternativ tədbirlər görülüb.

Təyyarənin tualetlərindəki problemlərə görə geri qayıtması sərnişinlərin və sosial media istifadəçilərinin narazılığına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu