Hindistandan ABŞ-a uçan sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Mumbaya qayıdıb

Hindistanın “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-a uçuş zamanı tualetdə “bomba təhlükəsi” olan qeyd tapıldığı üçün Mumbaya qayıdıb.
“Hindustan Times” qəzetinin məlumatına görə, “Air İndia” aviaşirkətinin verdiyi açıqlamada “AI119” nömrəli reysin Mumbaydan ABŞ-ın Nyu-York şəhərinə uçduğu bildirilib.
Açıqlamada uçuş zamanı təyyarənin tualetində "bomba təhlükəsi" olan qeydin tapıldığı və təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönməyə qərar verildiyi bildirilib.
Açıqlamada təyyarənin ətraflı şəkildə araşdırıldığı, vəziyyətin nəzarət altına alındığı və uçuşun təxirə salındığı paylaşılıb.
Hindistan hökuməti yalan hesabat verənlərin "uçuşa qadağan" siyahısına salınması və təyyarələrdə hava marşallarının sayının artırılması da daxil olmaqla bir sıra addımları nəzərdən keçirdiyini bildirib.