48 saat ərzində 10 təyyarəyə bomba xəbərdarlığı
Hindistanda 48 saat içində ən azı 10 uçuş saxta bomba xəbərdarlığı səbəbindən ləngiməyə məcbur olub.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Sinqapur Hərbi Hava Qüvvələri bomba təhlükəsindən sonra "Air India Express" təyyarəsini kütləvi ərazilərdən uzaqlaşdırmaq üçün iki döyüş təyyarəsi yerləşdirib.
Həmin gün "Air India" aviaşirkətinin Dehlidən Çikaqoya uçan təyyarəsi ehtiyat tədbiri olaraq Kanada hava limanına təcili eniş etməli olub.
Hindistanda saxta bomba təhdidləri tez-tez baş versə də, son günlər artımın səbəbi aydın deyil.
"Air India" ilə yanaşı, "IndiGo", "SpiceJet" və "Akasa Air" kimi digər aviaşirkətlər də oxşar təhlükələrlə üzləşib.
"Air India" şirkətindən təhdidi həyata keçirən insanları müəyyənləşdirməyə çalışdıqları bildirilib. Şirkət dəymiş ziyanın ödənilməsi üçün qanuni addımlar ata bilər.
Hindistanın bütün hava limanlarında Bomba Təhlükəsinin Qiymətləndirilməsi Komitələri var və bu komitələr təhlükənin ciddiliyini qiymətləndirir və lazımi addımlar atır.