“TikTok”da həmin şəxslərdən birinin xanımına mesaj yazıbmış


Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.


AFN.az Musavat.com-a istinadən xəbər verir ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.

Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.

Məlumata görə döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.

Xatırladaq ki, hadisəyə görə 3 nəfər (Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov) məsuliyyətə cəlb edilib. Onlar barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məsuliyyətə cəlb edilən şəxslər ticarətlə məşğul olan şəxslərdir, daha əvvəl cinayət məsuliyyətinə cəlb edilməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu