ABŞ USAID proqramlarının 83 faizini dayandırıb


ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) proqramlarının 83 faizini rəsmən dayandırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Altı həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83 faizini rəsmi olaraq dayandırdıq. On milyardlarla dollar indi ləğv edilmiş 5200 müqavilə vasitəsilə Birləşmiş Ştatların maraqlarına uyğun olmayan yollara və bəzi hallarda hətta onun zərərinə xərclənib" - deyə o, X hesabında yazıb. Rubionun sözlərinə görə, USAİD proqramlarının qalan hissəsi ABŞ Dövlət Departamentinə transfer edilib.

Dövlət katibi İlon Maskın nəzarətində olan Hökumətin Effektivliyi Ofisinə (DOGE) bu çoxdan gecikmiş tarixi islahata verdiyi töhfəyə görə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu