Cənubi Koreyada fabrikdə baş verən yanğında 20 nəfər ölüb


Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı litium akkumulyator zavodunda baş verən yanğında ilkin məlumatlara görə 20 nəfər həyatını itirib.



Yonhap-ın xəbərinə görə, Seulun cənubundakı Hvason şəhərində “Aricell” adlı litium batareya istehsal edən fabrikdə baş verən yanğına yanğınsöndürmə briqadası müdaxilə edib.

İlkin məlumata görə, yanğın nəticəsində 20 nəfər ölüb, ölən işçilərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Səlahiyyətlilər 2-si ağır yaralanan 4 nəfərin xəstəxanaya yerləşdirildiyini, fabrikdə qapalı qalan digər işçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Yanğının başvermə səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu