Hindistanda fabrikdə baş verən partlayış nəticəsində 9 nəfər ölüb
Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə baş verən partlayış və ardınca yanğın nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.
Çane bölgəsinin rəsmisi Saçin Sejal yerli mediaya verdiyi açıqlamada, Çane rayonunda kimyəvi istehsal fabrikinin qazanında baş verən partlayışın yanğına səbəb olduğunu bildirib.
Sejal hadisə zamanı 9 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını deyib.
Yanğınsöndürənlər yanğını nəzarətə götürüblər, partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.
Ölənlərin sayının artma ehtimalı var.