" Apple" "iPhone", "iPad" və "Mac" interfeysini kökündən dəyişdirəcək


Amerika texnologiya korporasiyası "Apple" özünün əsas məhsulları - "iPhone", "iPad" və "Mac" üçün ən böyük proqram yeniləmələrindən birini hazırlayır.


AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, yeniləmə qadcetlərin interfeysində, o cümlədən nişanlar və proqram pəncərələrinin üslubunda, həmçinin menyuda köklü dəyişikliyi nəzərdə tutur. Xüsusilə, şirkət istifadəçilərin cihazlarda naviqasiya və idarəetmə üsullarını sadələşdirməyə çalışır. Agentliyin mənbələri qeyd edir ki, yeni interfeys dizaynı birbaşa “Vision Pro” virtual reallıq sistemi proqram təminatına əsaslanacaq.

Korporasiya "iPhone" satışlarının azalması fonunda yeniləmənin qadcetlərə tələbi artıra biləcəyinə inanır. İnterfeys dəyişiklikləri iOS 19, iPadOS 19 və macOS 16 üçün proqram yeniləmələrində görünəcək. Mənbələrə görə, qarşıdan gələn dəyişikliklər "Mac" üçün Big Sur yeniləməsinin 2020-ci ildə buraxılmasından bəri ən əhəmiyyətli olacaq, iPhone üçün isə iOS3 201-dən bəri ən böyük yeniləmə olacaq.

Agentlik qeyd edir ki, yeniləmə müxtəlif məhsulların interfeyslərini daha ardıcıl etmək məqsədi daşısa da, "Apple" əməliyyat sistemlərini birləşdirməyi planlaşdırmır. Proqram təminatının yeni versiyalarının iyun ayında "Apple"ın Ümumdünya Yaradıcılar Konfransında təqdim ediləcəyi gözlənilir. Eyni zamanda, əməliyyat sistemlərində dəyişikliklər üzərində iş şirkətin süni intellekt sahəsində layihələrin aktiv inkişafından uzaqlaşdığını göstərə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu