Mask X-ə kiberhücumun Ukrayna İP ünvanlarından edildiyini iddia edir


İlon Mask bildirib ki, sahibi olduğu X sosial platforması Ukrayna ilə əlaqəli ola biləcək böyük kiberhücuma məruz qalıb.


"Hələ təfərrüatlardan əmin deyilik, lakin X-i oflayn vəziyyətə salmaq məqsədi daşıyan böyük kiberhücum olub. İP ünvanlar Ukraynanın bir bölgəsini göstərir", - deyə Mask "Fox Business"ə deyib.

Dünən bəzi ölkələrdə X-in işində fasilə müşahidə olunub. “Downdetector” xidmətinin məlumatına görə, problemləri görənlərin 46%-i proqramda nasazlıqlar olduğunu, 41%-nin serverə qoşulmadığını, 13%-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib. Təxminən Moskva vaxtı ilə saat 12:30-da fasilələr başlayıb. Şikayətlərin pik həddi təxminən 10 dəqiqədən sonra saat 13:00-da baş verib, sosial şəbəkə yenidən işə başlayıb və problemlər barədə məlumatların sayı kəskin şəkildə azalıb.

Ən çox şikayətlər Yaponiyadan gəlib. Sosial şəbəkə ilə bağlı problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu