Mask: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib


ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.


Bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask bildirib.

"Bayden administrasiyası hökumət xərclərinin yarım trilyon dollarını itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask "Fox Business"ə müsahibəsində bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu