Musk: ABŞ agentliklərində 10 min dollarlıq kredit kartlarının sayı işçilərin sayından çoxdur

ABŞ dövlət qurumlarına verilən limiti 10 min dollar olan kredit və debet kartlarının sayı orada işləyənlərin sayından iki dəfə çoxdur.
Bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask X sosial şəbəkəsində yazıb.
"Hökumətin hələ də insanlardan təxminən iki dəfə çox kredit və ya alış kartları var və limitlər 10 min dollardır. Çoxlu şübhəli xərclər gedir" - deyə Mask bildirib.
O, DOGE-nin cəmi iki həftə ərzində ABŞ dövlət qurumlarının 146 min kredit kartını bağladığı barədə hesabatını şərh edib: “Xatırladırıq ki, auditin əvvəlində 4,6 milyona yaxın aktiv kart və hesab var idi, ona görə də hələ görüləsi çox iş var”.