ABŞ-da universitetə ​​silahlı hücum: 1 nəfər ölüb, 6 nəfər yaralanıb


ABŞ-ın Elizabeth City State Universitetində baş verən ​​silahlı hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.



Şimali Karolinanın şərqindəki universitetdə Vikinqlər Festivalının son günündə ​​silahlı hücum baş verib. Festivalın bağlanmasından əvvəl keçirilən “Yard Fest” tədbiri zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ölən şəxsin tələbə olmadığı, yaralıların xəstəxanaya aparıldığı bildirilib.

Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra kampus müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Universitetin bəyanatında "Universitet bu mənasız hərəkətdən dərin kədər hissi keçirir", - deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu