Avstraliyada doğumlar ölümlərdən az olacaq



Avstraliya hökuməti ölkədə doğum sayının 2060-cı ildən əvvəl ölüm sayından aşağı düşəcəyini və əhalinin yaşlanmasının iqtisadi artımı zəiflədəcəyini proqnozlaşdırır.

AFN.az xəbər verir ki, Avstraliya Xəzinədarlığının qarşıdakı 40 ilə dair iqtisadi və maliyyə qiymətləndirmələrini əks etdirən 2026-cı il Nəsillərarası Hesabatı yayımlanıb.

Hesabata görə, dünyada geosiyasi parçalanmalar dərinləşir, enerji keçidi getdikcə daha zəruri xarakter alır və əhali əvvəlkindən daha sürətlə yaşlanır.

Ölkədə doğuş əmsalının 2060-cı illərin ortalarına qədər hər qadına 1,34 uşağa qədər azalacağı, doğumların isə 2060-cı illərə çatmadan ölüm sayından geri qalacağı proqnozlaşdırılır.

Bu mərhələdən sonra əhali artımının əsasən iri şəhərlərdə cəmləşəcəyi və böyük ölçüdə miqrasiya hesabına təmin ediləcəyi gözlənilir.

Doğum səviyyəsinin azalmasının əhalinin yaşlanmasını sürətləndirəcəyi, iqtisadi artım tempindəki zəifləmənin də böyük ölçüdə bu demoqrafik dəyişikliklə bağlı olacağı proqnozlaşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu