Yaponiyada əhalinin 2050-ci ilə qədər azalacağı gözlənilir


Yaponiyada aparılan araşdırmaya görə, 2050-ci ilə qədər paytaxt Tokiodan başqa bütün prefekturalarda əhalinin azalacağı proqnozlaşdırılır.


Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutu (IPSS) hər 5 ildən bir apardığı araşdırmalar əsasında proqnozunu paylaşıb.

Müvafiq olaraq, 124 milyonluq ölkənin əhalisinin 2050-ci ilə qədər təxminən 104 milyona düşəcəyi gözlənilir.

Araşdırma 47 inzibati rayonun olduğu Yaponiyada paytaxt Tokiodan başqa 46 prefekturada əhalinin azalacağını proqnozlaşdırır.

Müxtəlif bölgələrdəki 11 rayonda əhalinin 30 faiz və ya daha çox azalması proqnozlaşdırılır.

Ən kəskin azalmanın Akitada 42 faiz, Aomoridə 39 faiz və Koçidə yüzdə 35 olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu