Hindistan 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər

Yüksək iqtisadi artım templəri nümayiş etdirən Hindistan 2048-ci ilə deyil, 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər.
Hindistan Ehtiyat Bankının (RBI) sədr müavini Maykl Debabrata Patranın jurnalistlərə verdiyi məlumata görə, respublikanın 2060-cı ilə qədər ən böyük iqtisadiyyata çevrilmək imkanı da var.
"Hindistanın özünəməxsus güclü tərəflərini nəzərə alsaq, 2048-ci ilə deyil, 2031-ci ilə qədər dünyanın ikinci ən böyük, 2060-cı ilə qədər isə dünyanın ən böyük iqtisadiyyatına çevriləcəyini təsəvvür etmək olar", - deyə "Business" qəzeti Patradan sitat gətirib.
O, həmçinin qeyd edib ki, hökumətin makroiqtisadi və maliyyə sabitliyinə önəm verməsi Hindistan rupisinin beynəlxalq səviyyəyə yüksəlməsi üçün vacibdir. O əlavə edib ki, RBI inflyasiyanın 2024-25-ci illərdə orta hesabla 4,5%, 2025-26-cı illərdə 4,1% olacağını proqnozlaşdırır.
Hindistan Ehtiyat Bankının qubernatorunun müavini bildirib ki, ölkə 2030-cu ilə qədər mal və xidmətlərin ixracını hazırkı 768 milyard dollardan (dünya ümumi həcminin 2,4%-i) 1 trilyon dollara çatdırmaq üçün səyləri artırmalıdır.