Proqnoz: Hindistan iqtisadiyyatı 2075-ci ilə qədər ABŞ-ı keçəcək


ABŞ-ın ən böyük banklarından biri olan "Goldman Sachs"ın hesabatına görə, Hindistan 2075-ci ildə ABŞ, Almaniya və Yaponiyanı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı olacaq.


"Goldman Sachs" Hindistanın 2030-cu ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcəyini proqnozlaşdırır.

Hindistanda texnoloji irəliləyişlərə, yüksək kapital qoyuluşlarına və işçi qüvvəsindəki məhsuldarlığa diqqət çəkən hesabata görə, Asiya-Sakit Okean ölkəsinin 2075-ci ildə dünyanın ikinci ən böyük iqtisadiyyatı olacağı proqnozlaşdırılır.

"Goldman Sachs"ın Hindistan iqtisadçısı Santanu Sengupta, Hindistanda gəlir artımı sayəsində qənaət nisbətinin artacağını, beləliklə də daha çox investisiya yatırılacağını bildirib.

Senqupta qeyd edib ki, Hindistanda uşaq və yaşlı əhali ilə müqayisədə əmək qabiliyyətli əhalinin yüksək olması investisiyaları asanlaşdırır.

Hindistanın bu il əhalinin sayına görə Çini geridə qoyaraq dünyanın ən sıx ölkəsi olduğunu vurğulayan Senqupta, ölkənin işçi qüvvəsinə əlavə edəcəyi bir çox yeni istedadın olduğunu bildirib.

Hindistan Proqram və Xidmət Şirkətləri Milli Assosiasiyasının (NASSCOM) hesablamalarına görə, ölkənin texnologiya sənayesinin gəliri 2023-cü ilin sonuna kimi 245 milyard dollara çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu