Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə işlər yekunlaşıb


Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı milli fəaliyyət planının hazırlanması üzrə işlər başa çatdırılıb.


“Report”un yerli bürosu xəbər verir ki, sənəd gələn həftə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcək.

Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi altında keçirilən işgüzar görüşdə plan və ilkin mərhələdə vaksinasiya olunacaq qruplar barədə ətraflı müzakirə aparılıb.

Görüşdə peyvəndin Gürcüstanda tətbiq olunması üçün atılan addımlar barədə də danışılıb. Qeyd olunub ki, vaksinin ölkədə mümkün qədər tez tətbiqi üçün intensiv işlər aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu