Gürcüstanda daha 1 852 nəfər koronavirusa yoluxub


Gürcüstanda son sutkada daha 1 852 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib,1 696 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb. Sağalanların sayı 26 800, dünyasını dəyişənlərin sayı isə 342 olub.

Hazırda karantin zonalarında 2 977 nəfər saxlanılır, 29 876 nəfər isə özünütəcrid rejimindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu