ABŞ Mərkəzi Amerika ölkələrinə 4 milyard dollar yardım edəcək


ABŞ miqrantların axınını azaltmağa kömək etmək üçün Mərkəzi Amerika ölkələrinə müəyyən məbləğdə maliyyə yardımı etməyi planlaşdırır.



“Report”un məlumatına görə, bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador bəyan edib.

Onun sözlərinə görə, vəsaitin ayrılması məsələsi onun ABŞ prezidenti Co Baydenlə telefonla danışığı zamanı müzakirə edilib:

“Mən laqeyd olmaq istəmirəm. Amma Bayden üç ölkəyə (Qvatemala, Honduras və Salvador - Red) 4 milyard ABŞ dolları məbləğində yardım edəcəyini açıqladı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu