Son sutkada dünyada COVID-19-a 384 mindən çox yoluxma qeydə alındı


Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.



“Report” təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 384 956 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 113 467 303 nəfərə çatıb.

Son sutkada müalicə alan 8 230 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 520 550 nəfər pandemiya qurbanı olub.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (28 174 978), Hindistan (11 096 731) və Braziliyada (10 455 630) və Rusiyada (4 246 079) qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu