Bayden Qorbaçovu təbrik edib


ABŞ prezidenti Cozef Bayden keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu 90 illik yubileyi münasibəti ilə təbrik edib.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qorbaçov Fondunun rəhbəri Pavel Palajçenko bildirib.

“Amerika xalqı adından sizi 90 yaşınızın tamam olması münasibətilə təbrik etmək istəyirəm. Azadlığa sadiq olmağınız, on illərdir vacib, çətin, lazımi və cəsarətli qərarlar qəbul etməyiniz sayəsində dünya daha təhlükəsiz bir yerə çevrilib. Bu, indi də ilham mənbəyi olaraq qalır”, - C.Bayden M.Qorbaçova göndərdiyi təbrik məktubunda yazıb.

Xatırladaq ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda yüzlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb olan hadisələrin əsas müəllifi və günahkarı olan M.Qorbaçovun martın 2-də 90 yaşı tamam olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu