"Hizbullah"ın sədr müavini: "İsraillə müharibəyə başlamaqda maraqlı deyilik"


“Hizbullah” İsraillə müharibəyə başlamaqda maraqlı deyil”.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, bunu Livanın “Hizbullah” silahlı qruplaşması sədrinin müavini Naim Qasimi bildirib.

“Biz müdafiə xarakterli döyüş hazırlığı vəziyyətindəyik. Əgər müharibə başlayarsa, o, İsrail ərazisində olacaq”, - o qeyd edib.

Naim Qasimi “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı çağırışları təkzib edib. Xatırladaq ki, 2006-cı ildə İkinci Livan müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qətnaməsi qruplaşmanı tərksilah olunmağa çağırıb.

Qeyd edək ki, son həftələr İsrail ordusu bir neçə təlim keçirib. Təlimdə “Hizbullah”ın fəaliyyəti ilə bağlı tapşırıqlar yerinə yetirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu