ABŞ-ın keçmiş vitse-prezidenti vəfat edib


ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin hakimiyyətdə olduğu illərdə ölkənin vitse-prezidenti vəzifəsini icra etmiş Uolter Mondeyl vəfat edib.



“Report” xəbər verir ki, bu barədə onun ailəsinin nümayəndəsinə istinadən “Axios” portalı bildirib.

Məlumata görə, Uolter Mondeyl həyatının 93-cü ilində dünyasını dəyişib.

Siyasətçinin ölüm səbəbi açıqlanmır.

Mondeyl 1928-ci ildə Minnesoteda doğulub. O, ABŞ-ın Demokratlar Partiyasının üzvü olub. Mondeyl 1977-ci ildən 1981-ci ilə qədər Karter administrasiyasında vitse-prezident postunu tutub. Bununla yanaşı, 1993-cü ildən 1996-cı ilə qədər ABŞ-ın Yaponiyadakı səfiri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu