İtaliyanın keçmiş prezidenti Corcio Napolitano vəfat edib


İtaliyanın sabiq prezidenti, 2006-2015-ci illərdə dövlət başçısı vəzifəsində çalışmış Corcio Napolitano 98 yaşında vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Müqavimət hərəkatının üzvü və İtaliya Kommunist Partiyasının keçmiş lideri olan siyasətçinin səhhəti son vaxtlar pisləşib. Son aylarda o, Roma klinikasında idi.

2013-cü ildə Napolitano İtaliya Respublikasının tarixində yenidən seçilən ilk prezident oldu. 2015-ci ildə yaşına görə erkən təqaüdə çıxdı. Həmin vaxt onun 89 yaşı var idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu