Silvio Berluskoni vəfat etdi


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda xəstəxanada vəfat edib.


İtaliyan siyasətçi, “İrəli İtaliya” partiyasının qurucusu və daimi lideri, üç dəfə hökumətə rəhbərlik etmiş Silvio Berluskoni 87 yaşında vəfat edib.

Bu barədə bazar ertəsi Corriere della Sera qəzeti məlumat yayıb.

Aprelin əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirildikdən sonra məlum olub ki, siyasətçi xroniki miyelomonositar leykemiyadan əziyyət çəkir. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya kursu keçib. Berluskoni daha sonra bir aydan çox Milanda "San Raffaele" klinikasında qalıb və iyunun 9-da yenidən xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu