Berluskoniyə xərçəng diaqnozu qoyuldu


İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoniyə qan xərçəngi olan leykemiya diaqnozu qoyulub.


Bu barədə "Corriere della Sera"ya xəbər verib.

Nəşrin yazdığına görə, təxminən on gün əvvəl 86 yaşlı siyasətçi müayinə olunmaq üçün Milanın Müqəddəs Rafael xəstəxanasına aparılıb. 24-26 saat ərzində evə buraxılmalı olan halda o, dörd gün xəstəxanada qalıb. Evə buraxıldıqdan sonra aprelin 2-də Berluskoni yenidən xəstəxanaya qayıdıb. Hətta sonradan onun reanimasiyaya yerləşdirlməsi ilə bağlı məlumatlar ortaya çıxıb.

"Silvio Berluskoni ciddi qan xəstəliyindən - leykemiyadan əziyyət çəkir. Onu incidən ağrılar və son bir neçə gündəki sətəlcəm əslində onsuz da zəifləmiş orqanizmə zərər verə biləcək fəsadlardır", - nəşrdə qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu