Berluskoni yenidən xəstəxanaya yerləşdirilib


İtaliyanın keçmiş baş naziri, senator Silvio Berluskoni cümə günü yenidən Milanda yerləşən San Raffaele klinikasına yerləşdirilib.


AFN.az xəbər verir ki, bu barədə "Ansa" xəbər agentliyi məlumat yayıb.

Berluskoni mayın 19-da Milan xəstəxanalarından birindən buraxılıb, aprelin 5-də isə xəstəxanaya yerləşdirilib. İtaliya mətbuatı 86 yaşlı siyasətçinin nəfəs almasında və ya başqa versiyaya görə, ürək-damar sistemində problem olduğu üçün xəstəxanaya yerləşdirildiyini bildirib. Lakin sonradan Berluskonini müalicə edən həkimləri ilk dəfə olaraq xəstəxanaya yerləşdirmənin səbəbinin xroniki leykoz fonunda inkişaf edən ağciyər infeksiyası olduğunu bildirdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu