Sarkisyan Paşinyanla görüşdü: "Tərəflər ölkədə yaranmış situasiyanı müzakirə ediblər”


Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb.



Ermənistan KİV-lərinin məlumatına görə, görüş bu gün səhər baş tutub.

“Bu gün səhər Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb. Tərəflər ölkədə yaranmış situasiyanı müzakirə ediblər”, - deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bundan əvvəl Ermənistan Prezidenti parlament və parlamentdənkənar siyasi qüvvələrlə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağa dair bəyanat imzalanmasından sonra Ermənistanda vəziyyət gərginləşib. Bəzi siyasi qüvvələr Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirirlər.

Qanunsuz aksiyalara görə, 10-a yaxın müxalifət lideri saxlanılıb/APA.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu