Fransanın dövlət katibi Ermənistana səfər edəcək


Fransanın dövlət katibi Jan-Batist Lemun Yerevana ikigünlük işgüzar səfər edəcək.



“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.

Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.

O, Ermənistan rəhbərliyi ilə də görüşlər keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu