Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub


Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.



“Report” xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu