Parisdə Kürd mərkəzi güllələndi 3 nəfər ölüb, yaralılar var-YENİLƏNİB


Dekabrın 23-də Parisdə kürd icma mərkəzi qarşısında atışma nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.


AFN.az bir nəfər şübhəli şəxsin saxlanıldığını xəbər verir. Bundan əvvəl o, irqçi zorakılığa görə həbsdə olub.
Hücum Parisin 20-ci rayonunda, şəhərin mərkəzindən o qədər də uzaq olmayan Angen küçəsində baş verib. Bu ərazidə iki böyük dəmir yolu stansiyası var. Şübhəli şəxs tapançadan Kürd mərkəzi, restoran və qadın bərbərəxana istiqamətində atəş açıb.
Terrorçu yerindəcə həbs edilib. Məlum olub ki, bu, 69 yaşlı kişidir. Onun adı açıqlanmır. Prokurorluqda keçirilən mətbuat brifinqində bildirilib ki, bir il əvvəl 22-ci məhəllədə miqrant düşərgəsinə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hücumun irqçilik zəminində olduğu iddia edilib. Şübhəli həbsdə saxlansa da dekabrın 12-də məhkəmənin nəzarəti altında sərbəst buraxılıb.

M.Vahidli

****

Parisdə bir nəfərin insanlara silahlı hücum edib.


AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, silahlı şəxsin açdığı atəş nəticəsində ilk məlumata görə, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, 7-8 atəş açılıb və hadisə yerində olan insanlar təşvişə düşüblər.

Təcavüzkar nəzarətə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu