DYP: Avtomobil idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar


Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, yollarun buz bağlaması səbəbindən hər iki oxu aparıcı olan, qış şinləri ilə təchis olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir.

“Eyni zamanda sürücülər yollarda hərəkətdə olarkən sürət həddini minumuma endirsinlər, normadan artıq ara məsafəsi saxlasınlar ki, qəfil dayanmaq lazım olanda toqquşmanın qarşısını almaq mümkün olsun.

Bundan başqa, tövsiyə edirik ki, belə hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar. Həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu