Ermənistanda ordu Paşinyana qarşı qiyama qalxdı və hökumətin istefasını tələb etdi


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.


"Report" xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu