Ermənistanda ordu korpusunun komandanı Paşinyanın istefasını tələb edir
![](https://static.report.az/photo/20abf78c-9add-34cf-934c-d7cb2b706e0f_850.jpg)
AFN “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bununla bağlı bəyanat yayıb.
Q.Xaçaturovun sözlərinə görə, son üç ildə Baş Qərargahın dörd rəisinin N.Paşinyanın təşəbbüsü ilə dəyişdirilməsi onun qeyri-adektvatlığı və məsuliyyətsiz davranışından xəbər verir.
General-mayor hesab edir ki, N.Paşinyanın Ermənistana rəhbərlik etdiyi hər yeni gün dövlətin təhlükəsizlik sistemini sarsıdır və gələcəyini şübhə altına alır.