Ermənistanda general saxlandı
Ermənistanda üçüncü ordu korpusunun keçmiş komandiri saxlanılıb.
AFN.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən saxlanılıb. Bildirilir ki, İstintaq İdarəsi Xaçaturovun həbsi üçün məhkəməyə vəsatət təqdim edəcək.
Qriqori Xaçaturov KTMT-nin keçmiş baş katibi (2017-2018), Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2008-2016) Yuri Xaçaturovun oğludur.