Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı SON AÇIQLAMA


 Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı


“Bəhram Bağırzadənin ümumi vəziyyətində az da olsa müsbət irəliləyişlər var”.



AFN xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, kiçik də olda bu dəyişikliklər ümid verir: “Bəhram Bağırzadənin vəziyyətində hər gün az da olsa, müsbət tərəfə dəyişiklik müşahidə edirik. Amma hələ yolumuz çox uzundur. Müalicəsi ciddi şəkildə davam etdirilir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu