Yaralanan mülki əhalinin sayı və adları AÇIQLANDI


Azərbaycan Baş Prokurorluğu Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhalinin sayını və adlarını açıqlayıb.



Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, 6 mülki şəxs yaralanıb.

Bildirilib ki, mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu